Xəbərlər

Dünyanın ilk ağıllı binası Hacettepeden!

15 02 2016

Hacettepe Texnoparkı, dünyada ilk Ağıllı Bina proyektini həyata keçirdi. Bu əhəmiyyətli proyekt ilk dəfə ICSG-de təqdim ediləcək.

Universitetlərin tərkibində qurulan Texnoparklar əhəmiyyətini hər keçən gün artırır. Son zamanlarda ortaya qoyulan proyetlər baxımından Hacettepe Texnopark Dünyada ilkə imza atdı və Dünyanın ilk Ağıllı Binası proyektini həyata keçirir.

Sistem ilə birlikdə binalar eyni zamanda öz özünü təmizləyir. Kirli su və təmiz suyu ayırd edəbilən sistem baxça sulama suyunu da təmin edə bilir. Bu əhəmiyyətli proyekt ilk dəfə ICSG 4-cü Beynəlxalq İstanbul Ağıllı Şəbəkələr və Şəhərlər Sərgisində təqdim ediləcək...

2016-cı ilin İyun ayında tamamilə yekunlaşdırılması planlanan proyekt ilə bütün park sahələri enerji depolama halına gətiriləcək. Burada bütün elektrikli maşınları və elektrikli cihazları  sürətli elektriklə doldurma imkanı olacaq. Eyni zamanda bunlar tək bir mərkəzdən idarə ediləcək.

Bu enerji ilə bütün ətrafın işıqlandırması, binaların bütün ethtiyaclarını qarşılaması təmin ediləcək. Bütün binalarda hava kontrol sistemləri, kondisoner və digər sistemlərin kontrolu tək bir mərkəzdən edilərək hər yerə bərabər paylanma təmin ediləcək.

“PROYEKTİMİZ ICSG-de BÜTÜN DÜNYAYA NÜMUNƏ OLACAQ”

Hacettepe Texnopark Başcısı Abdurrahman Güngör: "Müşavir müəllim və tələbələrimizlə birlikdə 100 nəfərin üzərində işlədiyi bu proyekt üçün. Xaricdə də nümunələri var amma günəş enerjisi yerinə atom enerjisi istifadə edilir. Bahreyn Universitetinə müşavirlik edirik bu proyekt ilə. Günəş enerjisi ilə bütün binanı təmin edirik. Bu sistemləri Passiv bina dediyimiz bir binaya bağlayırıq, bu bina da öz enerjisini özü istehsal edir və öz tullantılarını özü təmizləyir. Divar qalınlıqları təxmini 1.20 cm-dir. Bərk və yumuşaq tullantılar ayrılır. Kirli və təmiz su olaraq ayrılan və baxça sulama suyunu da təmin edəbildiyimiz bir sistem. Təhlükəsizlik baxımından girib çıxan maşınları kontrolunda, maşın tanıma sistemləri, maşını altdan tanıyaraq içində nə yar nə yox göstərən bir sistem mövcud, üstəlik üz tanıma sisteməri də var. Haliç-de həyata keçiriləcək ICSG 4-cü Beynəlxalq İstanbul Ağıllı  Şəbəkələr və Şəhərlər Sərgisi bizim üçün çox əhəmiyyətlidir. İlk dəfə burada tam mənasıyla özümüzü tanıdacayıq. ICSG-də 50-dən çox ölkə işdirak edir. Bu sayədə bütün dünyaya nümunə olacağıq" açıqlamasını verdi.


Google+ Delicious Digg Facebook Google LinkedIn StumbleUpon Twitter Reddit Newsvine E-mail