Xəbərlər

Kənd Təsərüfatı Sektoru İntegrasıyalı İdarəetmə Məlumat Sistemi İclası

15 02 2016

Qida, Kənd təsərüfatı və Heyvançılıq Naziri Mehdi Eker, “Türkiyənin hər hansı bir rayonundakı hər hansı bir marketə getdikdə oradakı məhsulun üzərinə qoyulan etiket ilə o parseldə nə qədər kimyəvi gübrə, nə qədər dərman istifadə edilmiş, başqa birşey istifadə edilibmi, edilməyibmi bunun hamısını istehlakçı izləyə biləcək” dedi.

Eker, Baş Nazir Ahmet Davutoğlunun da iştirak etdiyi, ‘Kənd Təsərüfatı Sektoru İntegrasıyalı İdarəetmə Məlumat Sistemi Məlumatlandırma Iclasında’, kənd təsərüfatına gündəlik baxış yerinə stratejik bir nəzərlə baxdıqlarını, bu sahədə 15 qanun çıxardıqlarını söylədi. Sistemin həm istehsalçı həm istehlakçı həm də ictimaiyyətə böyük faydalarının olduğuna vurğu edən Eker, belə söylədi:

“Hərhansı bir parseldə istifadə olunacaq olan gübrə, kimyasal gübrə, dərman o parselin identifikasiya nömrəsi üzərindən işləyəcəyindən anında mərkəzdən onunla əlaqəli məlumatlar görülə biləcək. O parselde yetişdirilən hərhansı bir məhsul Türkiyənin hər hansı bir rayonundakı hər hansı bir marketə getdikdə oradakı məhsulun üzərinə qoyulan etiket ilə o parseldə nə qədər kimyəvi gübrə, nə qədər dərman istifadə edilmiş, başqa birşey istifadə edilibmi, edilməyibmi bunun hamısını istehlakçı izləyə biləcək. Yəni istehlakçı üçün də istehsalçı üçün də faydalar və rahatlıqlar gətirir. İstehsalçının artıq sened işləri üçün artıq Nazirliyin şöbələrinə gəlməsinə ehtiyac qalmayacaq. İnternetdən bütün sistem anında kontrol edəcək ve 42 ayrı məlumat bazası ilə əlaqəli nə qədər yenilik varsa hamısına dəyişiklik anında əks olunacaq. Məsələn , bir fermer bir ərazi parseli satıbsa, o satılan ərazi parselinin alqı satqısı anında sistemin bütün alt bölmələrində görülə biləcək. Burada da həm istehsalçı həm istehlakçı həm də ictimaiyyətə cox böyük faydalar olacaq.”

Kənd Təsərüfatı Sektoru İntegrasıyalı İdarəetmə Məlumat Sistemi Türk kənd təsərüfatının hər sahədə qeydiyyat altına alındığı, məlumatlarının tutulduğu, hesabatlarının aparıldığı və nəticələrinin monitor edildiyi birləşmiş bir systemdir. Proyekt ilə kənd təsərüfatı statistikaları mövzusuna daimi bir həll gətirə bilmək üçün, rüblük təxmin çalışmalarını bir yana qoyub davamlı və real zamanlı məlumat toplayan, xidmət təklif edərkən topladığı məlumatı davamlı artıran bir məlumat sistemi yaradılması hədəflənib.

İclasın sonunda Konyanın Sarıcalar kəndindən fermer Ahmet Küçükbezci ilə canlı bağlantı qurularaq müəssisənin torpaq, heyvan və maşın varlıqlarının sistemə yazılması həyata keçirildi. əlavə olaraq, İzmirdə olan Gözləm Stansiyası ilə canlı bağlantı qurularaq sistemin necə işləməsi izah edildi.

Təqdimat Videosu

Fəaliyyət Videosu


Google+ Delicious Digg Facebook Google LinkedIn StumbleUpon Twitter Reddit Newsvine E-mail